ائلچین  کتاب

ائلچین کتاب

تورک دیلی و ادبیاتی
ائلچین  کتاب

ائلچین کتاب

تورک دیلی و ادبیاتی

Qacar dəbi

​


​

Qacar dəbi

Şəbnəm Nəbiyeva

Qacar dövründə geyim mədəniyyətində müxtəlif dəyişikliklər və yeniliklər baş vermişdir. Qərbi Avropa ilə əlaqələrin genişlənməsi, Qacar şahlarının Fransa və digər Avropa ölkələrinə səfərləri, Avropalı səyyahların, tacirlərin və biznesmenlərin İrana gəlişi Qacar geyimlərinin formalaşmasına böyük təsir göstərmişdir.

Bu dövrün geyimlərini şərti olaraq iki əsas mərhələyə bölmək mümkündür. Birinci mərhələdə, XIX əsrin ortalarına qədər, klassik Şərq geyim ənənələri üstünlük təşkil edirdi. Qərbi Avropa təsiri hələ o qədər də güclü deyildi. İkinci mərhələ isə XIX əsrin ortalarından başlayaraq dövrün sonuna, yəni XX əsrin əvvəllərinə qədər davam etmişdir. Bu mərhələdə Qərbi Avropanın geyim mədəniyyətinə təsiri daha aydın şəkildə nəzərə çarpırdı.  ادامه مطلب ...