| ش | ی | د | س | چ | پ | ج |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

Milad bayramı ərəfəsində uşaqlar təkrar avarlı qayıqla bağlı öz arzularını dilə gətirməyə başlayanda ataları dedi:
- Nə deyirəm?! Ancaq biz onu Kartaxenaya dönəndə alacağıq.
Ataları onun da fərqinə vardı ki, doqquz yaşlı Toto ilə yeddi yaşlı Xoel öz dediklərindən dönənə heç oxşamırlar. Onlar bir ağızdan öz etiraz səslərini yüksəltdilər:
- Xeyr, o qayıq bizə məhz indi və burada lazımdır.
Anaları durumu izah eləməyə çalışdı:
- Sizə onu da xatırladım ki, bu mənzildə o qayığın üzə biləcəyi yeganə su mənbəyi - kranımızdan axan sudur.
Həm ata haqlı idi, həm də ana. Onların Kartaxena de İndiasdakı həyətlərində kiçik körfəzə bitişik bir bənd və iki dənə iri yaxtanın sığacağı yanalma körpüsü var idi. Burada, Madriddə isə onlar darısqal bir şəraitdə - Kastelyana prospektində tikilən binanın beşinci mərtəbəsində - yaşayırdılar. ادامه مطلب ...